PİANİST BİR GAZİ’NİN ANILARI

Stockholm’da yaşayan Azerbaycan kadın yazarlarımızdan Eluca Atalı, Türk İsveç Tiyatro Derneği’nin Hallunda Kütüphanesi’nde düzenlediği ve Muhammed Nazarlı’nın oynadığı oyundan esinlenerek düşüncelerini Azerbaycan Türkçesi’nde kaleme aldığı bir yazıyı İsveç Postası’na yolladı. Yayınlıyoruz

PİANİST BİR GAZİ’NİN ANILARI
PİANİST BİR GAZİ’NİN ANILARI
Bu içerik 513 kez okundu.

İSVEÇ POSTASI / ELUCA ATATLI


Pianist bir qazinin anilari*


Səhnəyə ağ saçlı, əli əsalı gəldi, kostyumunun yaxası orden-medallarla dolu. Gerçəkdən, cəlbedici bir biçimi vardı ilk gördündüyü an. Sinəsinə taxılmış orden-medallar onun zəngin keçmişindən xəbər verirdi. Qocalıqdan şikayətçi olması yox, monoloqunun ilk cümləsi onun oyununa baxmaqdan ötrü tamaşaçıda hazırlıq yaratdı.


"Pionoçu" filminə baxdınızmı?"  O, salona  müraciət edəndə hər kəs susdu, filmi gördüm deyən olmadı. Azca fasilədən sonra "Ordakı adam mənəm!" - dedi.  İnanmırdım, bu sualla  o, susub səhnəni  dördgözlə izləyənləri maraq dairəsinə sala bilə. Şübhəm tez də aradan çəkildi onun əlindəki əsanı ağ pioninoya dayayıb, onun arxasına keçməsi ilə. Maraqlıdı, musiqiçi olduğunu necə sübut edəcək, bu halıyla?

Şopenin "Nocturne in C sharp minor", Bethovenin "Für Elise" və sovet dövründən hamımızın sevə-sevə dinlədiyimiz oynaq rus xalq mahnısını "Kakalin kamaya"nı ustalıqla ifa etdi. 


İkinci dünya savaşının döyüşçüsü olduğunu məhz bu dünya musiqilərinə ara verdikdən sonra bəyan etdi. İstər-istəməz yaddaş arxivimə ilişib qalmış bir deyim beynimə siqnal ötürdü: "İnsanların nəğmələri özlərindən çox gözəldi!"  Nədən bunu düşündüyümü sual edərsinzisə, o zaman cavabım belə olacaq: Musiqini də, savaşı da insan yaradır. Savaş gözyaşı, kədər, ölüm yığnağı, hamısının bir yerdə cəmi - var olanı yox etmək cəhdidir! Musiqi isə sevinc, sülh, insanın bir məqamda göylərə qalxmasına zəmin yaradan səslər BİRLİYİ! Oyunçu piano üzərindəki şəkili əlinə alıb, birbəbir silahdaşlarının adını çəkir. Döyüşdən qazandığı sevgi olduğunu bildirəndə, ilk baxışdan salondan gülüş doğur. Türk kişisinin rus qadına aşiqliyi və yad qadınların da bizim kişilərə heyran olması kimi incə ünansı sifətindəki isti təbəssüm və eyni zamanda acı təəssüflə qoşalışdırıb çatdırdı. Əsl aktyor məharətinin aşkarlandığı məqam bu nöqtədə idi. Türk kişisinin rus qadınına aşiqliyindən iki oğlu - Nazimlə Hikmət’in dünyaya gəlməsi məlum olduqda nənni oxumağa başladı:

         Dünyanı verək cocuklara,
         Heç olması bir günlük!


Kütləvi silahların durmadan istehsal olunduğu, üçüncü dərəcəli ölkələrə demokratiya toxumu səpəcəyəm deyə, faktiki o ölkələrə silah daşındığı bir gündə sən dünyanı cocuklara necə etibar edəcəksən? Çocuklar dünyamızı öz sadəlövhlükləri ilə necə idarə edəcəklər?  Silahla "demokratiyanın yarandığı" bir dünyada cocuk sadəliyi hegomonluq qarşısında diz çökməz mi?

Siz şirin nənnilərlə uyuyun, balalar! Dünyanı mənəviyyatlı idrak sahiblərinə həvalə etmək gərəkdir!

İsveç Dövlət Teatrı nəzdində fəaliyyət göstərən Türk Çocuk Teatrının rəhbəri Burcu Ada Saysop xanımdır, bizim Azərbaycanlı balası Məhəmmədəli Nəzərli "Pianist bir qazinin anıları" tək adamlıq səhnədə böyük ustalıqla məharətini göstərdi. Tamaşanın ssenari müəllifi və rejissoru rejussor Sevinc Nəzərlidi. Tamaşa 3 iyun türk şairi Nazim Hikmətin anımına həsr olunmuş və artıq Stokholmda iki dəfə nümayiş etdirilmişdir.

Qeyd etməliyəm ki, həmin səhnədə musiqiləri canlı ifa etməkdən ötrü balaca aktyor çox böyük inadla evlərindən öz şəxsi pionusunu gətirmişdi.

Səhnəni uşaqlara havala etməkdən ötrü İsveçdə Azərbaycan Uşaq Teatrının fəaliyyətə başlamasına zəmin var. Həm də unutmayaq ki, sabah dünyamızı onlar idarə edəcəklər. Sabahkı idarəçilik bu gün səhnədən başlayır!
 

*(İsveçdə yaşayan Azərbaycanlı balası Məhəmmədəli Nəzərli’nin artyorluq məharəti haqda düşüncələrim)


https://www.youtube.com/watch?v=Cvvz43XhjSM&feature=youtu.be&fbclid=IwAR1YEN7oWQ3ETGDTY__nqX5-0-GSGZBIpe0q3Bj3-m9YxjZoF_yD2i7kuOk

Eluca Atatlı Muhammed Nazarlı Türk İsveç Tiyatro Derneği Hallunda Kütüphanesi pianist gazi anı
Sende Yorumla...
Kalan karakter sayısı : 500
İLGİNİZİ ÇEKEBİLİR X
ATATÜRK STOCKHOLM VE MALMÖ’DE ANILDI
ATATÜRK STOCKHOLM VE MALMÖ’DE ANILDI
İSVEÇ ATATÜRKÇÜ DÜŞÜNCE DERNEĞİ CUMHURİYETİ’N 95’İNCİ YILINI COŞKUYLA KUTLADI
İSVEÇ ATATÜRKÇÜ DÜŞÜNCE DERNEĞİ CUMHURİYETİ’N 95’İNCİ YILINI COŞKUYLA KUTLADI